Xəbər lenti

Rafiq Tağının oğlu əsgərlikdən döndü
Ölkə11:03 10.07.2013

Rafiq Tağının oğlu əsgərlikdən döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərhum yazar Rafiq Tağının oğlu Asiman Tağılı əsgərliyini başa vuraraq evə dönüb. Məlumatı “Media forum” saytına Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva verib. 

Asiman Tağılı Qərb Universitetinin məzunudur. O, hərbi xidmətə 2012-ci ilin iyulunda yollanmışdı.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Asiman Tağılı Rafiq Tağının böyük övladıdır. Rafiq Tağının Qəmər adlı qızı da var.