Xəbər lenti

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi
Ölkə08:24 16.03.2017

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Qaynar" “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəisi polis mayoru Turavi Paşayev vəzifəsindən azad edilib. O, Binəqədi RPİ-nin 7-ci PB-nə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Şahmar Paşayevin oğludur. Ş.Paşayev polisdə tanınmış simalardan olub. O, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Qaynar.Az