Xəbər lenti

Ramil Usubov Karqarı qəbul etdi
Ölkə14:51 18.04.2013

Ramil Usubov Karqarı qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Şaker Karqarı qəbul edib. Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, nazir səfiri yeni təyinat münasibətilə təbrik edib.

Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, onun qədim tarixə və  ənənələrə söykəndiyini xatırladan Ramil Usubov həm də dövlət başçılarının siyasi iradəsinə əsaslanan bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

 Daha sonra qeyd olunub ki, müstəqilliyin əldə edilməsindən ötən müddət ərzində qanunsuz saxlanılan 41 mindən çox müxtəlif növ odlu silah yığılmış, nəticədə bu qəbildən olan cinayətlərin sayı 10 dəfədən çox azalıb. 

Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu deyib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.

R. Usubov Əfqanıstan daxili işlər nazirini Azərbaycana səfərə dəvət edib.

 Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin  qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü nəzərə çatdırılıb.

 Qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Mohammed Şaker Karqar Azərbaycana gəldiyi ilk gündən burada sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə qorunmasından, Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edib, səfir kimi fəaliyyəti müddətində dövlətlər arasında əlaqələrin bütün sahələrdə inkişafına səy göstərəcəyini deyib.

Qaynar.info