Daxili işlər naziri Ramil Usubov Azərbaycanda prezidentliyə namizədlərin təşviqat plakatlarının cırılması ilə bağlı iddialar haqda danışıb.Ramil Usubov AZTV ilə çıxışında bu idialara cavab verib.
"Kimin kimdənsə xoşu gəlmir. Bunun sivil yolu var. Get seçki məntəqəsində istədiyin adama səs ver, onunla da məsələ bitsin. Amma görürsən ki, gəncdir, yaxud başa düşmür, yaxud öyrədilmiş adamdır, gedir namizədlərdən kiminsə şəklini cırır. Bu cür hallar olanda təbii ki, polis bunun qarşısını alır", - deyə Ramil Usubov bildirib.
Nazir həmçinin seçkilər günü polisin vəzifəsi seçki məntəqəsindən 100 metr kənarda dayanıb asayişə nəzarət etmək olduğunu da vurğulayıb: "Yalnız məntəqə rəhbərliyinin müraciəti olarsa, polis seçki məntəqəsinə yaxınlaşa bilər. Asayişi də bərba etdikdən sonra dərhal həmin yeri tərk etməlidir. 15 mindən artıq əməkdaşımız seçki günü asayişi qorumaq üçün səfərbər olunacaq”.