Xəbər lenti

"Ramin Hacılı məhkəmədə günahsız olduğunu dedi" - Vəkil
Ölkə14:04 05.04.2023

"Ramin Hacılı məhkəmədə günahsız olduğunu dedi" - Vəkil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının şikayəti üzrə məhkəmə prosesi keçirilib. 
Ramin Hacılının vəkili Rəşad Əliyev Qaynarinfo-ya açılamasında bildirib ki, hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə müvəkkili günahsız olduğunu deyib. 
"Ramin Hacılı günahsız olduğunu, eyni zamanda birinci instansiya məhkəməsində qanun pozuntularına yol verildiyini bildirdi. O qeyd etdi ki, irəli sürülən ittihamların heç bir əsası yoxdur”, deyə vəkil bildirib. 
Rəşad Əliyev əlavə edib ki, proses aprelin 19-na təxirə salınıb.  
Ramin Hacılı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilib. 
Seyid