Xəbər lenti

Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq
Ölkə05:38 16.12.2020

Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya KİV-nin yaydığı məlumata görə, 44 günlük müharibədə Azərbaycanın nəzarət altına aldığı ərazilərdə neft və qaz ehtiyatları barədə informasiya təhrif olunub. 
Milli Elmlər Akademiyasından bildiriblər ki, «akademiya prezidentinə qeyri-dəqiq informasiya verdiklərinə» görə, əməkdaşlar cəzalandırılacaqlar.
«Neft-Kimya Prosesləri İnstitutu və Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun məlumatı əsasında dekabrın 11-də akademiyanın rəyasət heyətinin iclasında sözügedən ərazilərdə neft ehtiyatları 200 milyon ton, qaz ehtiyatı isə 250 milyard kubmetr elan olunub. Sonra bu informasiya Milli Elmlər Akademiyasının rəsmi saytında yerləşdirilib və KİV-lər tərəfindən dərc olunub. Bu rəqəmlər ictimaiyyətə məlum olandan sonra, departamentdən ətraflı elmi və statistik arayış istənilib. Elə o zaman da məlum olub ki, həmin informasiya təhrif edilibmiş» - akademiyanın bəyanatında deyilir.
Azpolitika