"Vəziyyətim yaxşıdır, yavaş-yavaş düzəlirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev səhhətinə aydınlıq gətirərkən deyib.
O, artıq xəstəxanadan evə buraxıldığını deyib:
"Bir gün qaldım, həkimlər dedi ki, yaxşısan, müalicə yazıb evə buraxdılar. Bir müddət müalicə olunacam. Bütün günü evdəyəm, havalar da soyuq, bu səbəbdən heç yerə gedə bilmirəm”.
Qeyd edək ki, Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb. Aktyor mədəsindən əməliyyat olunub.
Bahar Rüstəmli