
Mərhum jurnalist Rasim Əliyev ildönümündə anılacaq.
Qaynarinfo.Az xəbər verir ki, artıq bu barədə sosial şəbəkələrdə "event" yaradılıb.
Eventdə deyilir ki, 8 avqust 2015-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sabiq sədri, jurnalist və hüquq müdafiəçisi Rasim Əliyev sui-qəsdə məruz qalaraq amansızcasına döyüldükdən sonra avqustun 9-na keçən gecə xəstəxanada müəmmalı şəraitdə həlak olub.
Bu il avgustun 9-u Rasim Əliyevin ölümündən 1 il ötür.
Bu münasibətlə həmkarları və dostları Rasimin ildönümündə onu anmaq üçün məzarını ziyarət etməyə dəvət edilir.
Rasim Əliyevin xatirəsini anmaq istəyən hər bir kəs 9 avqust saat 11:00-14:00 kimi 2-ci Fəxri Xiyabanın (Qurd qapısı restoranın yanı) yanında yerləşən mərasim zalına gələ bilər. Saat 15:00-da isə buradan Rasim Əliyevin Mehdiabad qəsəbəsində yerləşən məzarı ziyarətə gediləcək.
Qaynarinfo.Az