Xəbər lenti

REAL-dan bizə müraciət daxil olmayıb - MSK-dan açıqlama
Siyasət14:38 29.07.2016

REAL-dan bizə müraciət daxil olmayıb - MSK-dan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 28-də Respublikaçı Alternativ Hərəkatına referendum təşviqat qrupu məlumat yayıb ki, bildiriş vərəqələrini götürmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etsələr də, onalara vərəqə verilməyib. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə REAL İdarə Heyətinin üzvü Erkin Qədirli məlumat yayıb. 

MSK mətbuat katibi Şahin Əsədli isə Qaynarinfo.Az-a deyib ki, təmsil etdiyi quruma REAL-dan müraciət daxil olmayıb:"MSK-ya bu təşkilatdan heç kim gəlməyib və bildiriş vərəqələri ilə bağlı bizə müraciət daxil olmayıb".

"Müraciət daxil olsa, bildiriş vərəqələrini verməkdə heç bir problem yoxdur?" sualını isə MSK təmsilçisi belə cavablayıb:"Praktikada belə bir şey yoxdur ki, kimsə sənəd üçün müraciət etsin, amma ona sənəd verilməsin".

Qızılgül

Qaynarinfo.Az