Xəbər lenti

REAL-dan Milli Şura təsisçilərinə ittiham
Ölkə15:00 22.05.2013

REAL-dan Milli Şura təsisçilərinə ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Milli Şura, Böyük Birlik ideyasını məram olaraq məqbul, lazımlı və əhəmiyyətli sayırıq. Milli Şuraya bu günə olan getməmək qərarımızı tam açıq şəkildə izah etmişik. 

Biz deyirik ki, təməl şərtlər, prinsiplər, qararvermə mexanizmləri əvvəlcədən bəlli olsun, imzalansın, elan edilsin. Digər “üçlük” (Eldar Namazov, İsa Qəmbər Əli Kərimli – red.) isə deyir ki, elan edək, sonra bu məsələlərə baxarıq. Dostlar, ciddi olaq, siyasət ciddi işdir, elan ediləndən sonra, daha nəyə baxacaqsınız?”.

Aznews.Az-ın məlumatına görə, bu sözləri REAL Hərəkatının icra katibi Natiq Cəfərli öz “facebook” hesabında yazıb. 

Hərəkat rəsmisi Milli Şuranın yaradılması üçün danışıqlar aparan E.Namazov, İ.Qəmbər və Ə.Kərimlini ciddi olmamaqda ittiham edib. N.Cəfərli daha sonra belə yazıb: “Bir bina tikəndə əvvəl onun təməli olmalıdır, sonra dam örtüyü. Biz deyirik təməldən başlayaq, onlar isə deyir ki, damı örtək, sonra baxarıq. Belə bina ayaqda dura bilməz”.

Hərəkat funksionerinin fikrincə, Milli Şuranın əsas məqsədi vahid namizədi seçmək olmalıdır: “Əgər bu baş verəcəksə, vahid namizəd müəyyən ediləcəksə, Milli Şurada olmayaraq da REAL Hərəkatı təmənnasız, yer, vəzifə istəmədən həmin vahid namizədi tam dəstəkləməyə hazırdır”.

N.Cəfərli onu da bildirib ki, Milli Şurayla danışıqlar aparan başqaları, məhz vəzifə və ya yerin alverini edirlər.