"Real” zədəli qapıçı Tibo Kurtuanın boşluğunu "Çelsi"də çıxış edən ispaniyalı qapıçı Kepa Arrizabalaqa ilə doldurub.
Qaynarinfo-nun məlumatına görə, Madrid klubu Arrizabalaqanı heyətinə qatıb. Klubdan verilən rəsmi açıqlamada, "Çelsi" və Kepanın bir mövsümlük icarə əsasında "Real”da oynamağa razılaşdığı bildirilib. İspan qolkiperin sabah Madridə gedəcəyi və imza mərasimi üçün mətbuat qarşısına çıxacağı bildirilir.
2018-ci ildə "Çelsi"nin "Atletik”dən 80 milyon avroya transfer etdiyi qolkiper İngiltərə klubunun heyətində Premyer Liqada meydana çıxdığı 109 matçda, 129 qol buraxıb, 35 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
Səbuhi Həsənov