Xəbər lenti

“Real”dan möhtəşəm geridönüş (VİDEO)
İdman05:47 18.04.2022

“Real”dan möhtəşəm geridönüş (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya La Liqasında XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real Madrid" komandaları arasında keçirilib.
Qaynarinfo-nun məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionunda təşkil olummuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
İlk iki qolu meydan sahiblərindən İvan Rakitiç 21-ci və Erik Lamela 25-ci dəqiqədə vurub.
"Kral klubu" ikinci hissədə geridönüş etməyi bacarıb. Fasilədən dərhal sonra meydana çıxan Rodriqo 50-ci dəqiqədə fərqi azaldıb. 83-cü dəqiqədə Naço Fernandes bərabərlik, 90+2-ci dəqiqədə isə Kərim Benzema qələbə topuna imza atıb.
Bununla da xalını 75-ə çatdıran "Real Madrid" liderliyini möhkəmlədib. "Sevilya" isə "Barselona" ilə birgə 60 xalla 2-3-cü yerləri bölüşür. Lakin Kataloniya komandasının ehtiyatda 2 oyunu var.
<iframe width="640" height="400" src="https://hotfooth.coolvidup.com/embed/OLNJgIq5L2dTF" style="border:none;" allowfullscreen="">