Xəbər lenti

Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi
İdman19:15 02.10.2021

Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir.
Qaynarinfo "report"a istinadla xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.
Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmalarda polşalı Yan-Kşiştof Duda rusiyalı Vladislav Artemyevi üstələyib - 2,5:1,5. Ermənistanlı Levon Aronyan isə ABŞ təmsilçisi Uesli Sodan üstün olub.
Hazırda fransalı Maksim Vaşye-Laqrav ilə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura arasında görüş davam edir.