Xəbər lenti

Ölkə 15:02 07.07.2023

“Region Gəncləri üçün Yay Məktəbi” davam edir (FOTOLAR)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatı və BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində "Region Gənclər üçün Yay Məktəbi” davam edir.

"Yay Məktəbi”nin proqramına əsasən, 4 iyul tarixində təlimçi Orxan Şahbazın təqdimatında "Özünü effektiv ifadə və təqdimat bacarığı” adlı ikihissəli təlim baş tutub. Təlimin birinci hissəsində effektiv kommunikasiya bacarıqları, özünü təqdimat zamanı diqqət ediləsi məqamlar barədə məlumat verilib, ikinci hissəsində isə "Mədəniyyət yoxsa mentalitet?” mövzusu ətrafında səlis nitq istiqaməti üzrə praktiki komanda çalışması həyata keçirilib. 

Günün ikinci yarısında komandalar arasında futbol yarışı baş tutub və "Qamma” komandası qalib olub.
 
Azərbaycan Turizm Bürosunun Destinasiyaların və regional layihələrin idarəolunması departamentinin direktoru Hüseyn Məmmədovun iştirakı ilə "İctimai fəaliyyətdən peşəkar fəaliyyətə gedən yol, regionlarda iş imkanları və perspektivlər” mövzusunda görüş ilə start götürüb. Görüş gənclərin interaktiv qaydada iştirakçılığı ilə müşaiyət olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə 5 iyul tarixində günün ikinci yarısı şəhər gəzintisi həyata keçirilib. Gəzinti zamanı Şəki Xan Sarayı, Şəki Sənətkarlar Evi, Şəki Xan Məscidi və Yuxarı Karvansaraya ekskursiya təşkil olunub.

Gəzintinin ardınca qiraətçi Aytac Vəlibəylinin moderatorluğu ilə bədii qiraət gecəsi baş tutub. Tədbir zamanı Aytac Vəlibəyli və layihə iştirakçıları müxtəlif şeirlər səsləndirib və bədii qiraət ilə bağlı maraqlı diskussiyalar aparıblar.

Ənənəyə uyğun olaraq 4-5 iyul tarixlərində də gün sonu "Enerjini paylaş” devizli mədəni-kütləvi tədbirlərlə yekunlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->