Xəbər lenti

Rəhbərlik fikrini dəyişdi - Ronaldo yox, Neymar
İdman12:15 06.05.2023

Rəhbərlik fikrini dəyişdi - Ronaldo yox, Neymar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda "Al Nassr"da forma geyinən Kriştiano Ronaldonu heyətinə qatmaq istədiyi bildirilən "Nyukasl" rəhbərliyi fikrindən vaz keçib.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, klub Ronaldonun əvəzinə PSJ-nin braziliyalı ulduzu Neymarı transfer etməyin daha uyğun olduğunu düşünür və artıq bu yöndə çalışmalara start verilib.
Neymarın sosial şəbəkədə parisliləri "kiçik klub" kimi təsvir edən şərhlərdən birini bəyənidiyi və növbəti mövsüm onun PSJ-də qalmayacağı deyilir. Bundan əlavə PSJ-nin "Ultras" azarkeş qrupu bu həftənin əvvəlində Neymarın Parisdəki evinin qarşısında etiraz aksiyası keçirərək, onun klubdan getməsini tələb edib.
Fransa klubu Neymarın transferi üçün "Barselona"ya 222 milyon avro ödəməklə dünya rekordu qırıb. İddialara görə futbolçu ilə yolları ayıracaqları təqdirdə klub 90 milyon avro ödəməli olacaq.
Səbuhi Həsənov