
Tacikistanın hazırkı lideri Emoməli Rəhmon prezident seçkilərində demək olar ki, yüzdə 91 dəstək alıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Tacikistan MSK-nın məlumatında deyilir. MSK-ya görə qalan dörd namizəd birlikdə 10 faizdən az səs toplayıb.
Seçki fəallığının 85 faizi keçdiyi bildirilir.
Beləliklə, ölkəni faktiki olaraq 1992-ci ildən bəri idarə edən Rəhmon beşinci müddət prezidentliyə davam edəcək.
Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçiləri seçkiləri azad və demokratik keçirildiyini bəyan edib.
Alpər