Prezident Seyid İbrahim Rəisi bu gün səhər Tehranın Saadabad Saray kompleksində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı rəsmi qarşılayıb.
Qaynarinfo Tasnim agentliyinə istinadən xəbər verir ki, Ərdoğan dünən axşam Tehrana gəlib və bu gün Rəisi ilə rəsmi və ikitərəfli görüşdən əlavə, iki ölkənin yüksək nümayəndə heyəti və müştərək komissiyanın iclaslarında iştirak edəcək. Eyni zamanda o, yeddinci zirvə toplantısına da
qatılacaq.
Həmçinin bu gün üç ölkə liderləri (İran, Rusiya, Türkiyə) iştiraki ilə Astana prosesinin qarant ölkələrinin sammiti keçiriləcək.
Aydın
Şərhlər