Xəbər lenti

Çörək almağa helikopterlə getdi -FOTO
İdman09:22 13.07.2015

Çörək almağa helikopterlə getdi -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın "Bayern Münhen" klubunun polşalı futbolçusu Robert Levandovskinin həyat yoldaşı qeyri-adi addıma əl atıb.

anspress-in məlumatına görə, futbolçu və həyat yoldaşı Polşanın Stanslevo kəndində istirahət edir. İstirahət etdikləri yerdə mağaza olmadığı üçün, onlar kəndə ən yaxın məsafədə - 30 km uzaqlıda olan məkana getməyə məcbur olublar. 

Ona görə də Levandovski həyat yoldaşı Anna Staçerska üçün saatı 500 avroya olan hava taksisi - helikopter icarəyə götürüb. Çörək və digər ehtiyaclarını aldıqdan sonra isə yenidən helikopterlə geri dönüb.

Peşəkar karyerasına Polşada başlayan yarımmüdafiəçi 2010-cu ildən Almaniyada çıxış edir. Həmin ili Dortmuntun "Borussiya" klubuna transfer oluna futbolçu, dörd mövsüm 131 matçada 74 qola imza atıb. Levandovski 2014-cü ildən Münhen klubunun formasını geyinir və 31 görüşdə 17 dəfə rəqibq apılarına yol tapıb. Polşalı ulduz futbolçu çıxış etdiyi klubda illik təxminən 12 milyon avro qazanır.

Qaynar.info