Xəbər lenti

Rəmişin oğlu dünyasını dəyişdi
Ölkə13:04 19.07.2013

Rəmişin oğlu dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur gitara ustası Rəmişin oğlu Hüseyn Hüseynov rəhmətə gedib.

Qafqazinfo-nun məlumatına görə, Rəmişin ikinci həyat yoldaşı Arzu xanımdan olan oğlu Hüseyn (“Quska” adıyla tanınır) 8 il əvvəl Rusiyada məhkum olunmuşdu və cəzaçəkmə müəsisələrindən birində həbs həyatı yaşayırdı. “Narkotik” ittihamı ilə həbs olunan Hüseyn RF qanunvericiliyinə əsasən, 9 il həbs cəzası almışdı.

H.Hüseynovun meyiti artıq ölkəyə gətirilib və doğulduğu Yevlax şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Arzu xanımla qeyri-rəsmi evlilik həyatı sürən və 5 il Yevlaxda, Cahangir Kərimov küçəsində yaşayan Rəmişin tərcümeyi-halında oğul atası olduğu barədə heç bir məlumat yoxdur. Rəmişin özü də efirlərdəki açıqlamalarında heç vaxt oğlunun adını çəkməyib və bu da 5 il birgə yaşadığı Vahidovlar ailəsinin narazılığına səbəb olub.

Qaynar.info