Xəbər lenti

Repetitora möhtac qalan müəllimlər
Ölkə12:43 21.06.2023

Repetitora möhtac qalan müəllimlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün müəllimlərin sertifikasiya imtahanından yüksək nəticələr əldə olunmasının səbəbi Elm və Təhsil Nazirliyi deyil, repetitor və özəl hazırlıq kurslarıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
Ekspert orta ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin özlərinin müəllimlik imtahanından keçmək üçün müəllim yanına, hazırlığa getdiyini bildirib: 
"Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyinin təhsilin təşkili, keyfiyyətinin yüksəldilməsi ilə bağlı gördüyü işlər o qədər də effektli deyil. Hazırda bu funksiyanı hazırlıq kursları və repetitorlar yerinə yetirirlər”. 
Kamran Əsədov hesab edir ki, bu gün Azərbaycan təhsil sistemi ali məktəblərə qəbul, sertifikasiya, müəllimlərin işə qəbulu, dövlət qulluğuna qəbul təhsil məssisələrinin deyil, özəl şirkətlərin hazırlıq kurslarının bir başa fəaliyyətinin nəticəsidir. 
Bahar Rüstəmli