
Rəqqasə Fatimə qızı ilə Amerikaya yollandı.
Tanınmış rəqqasə Fatimə Fətəliyeva qızı Aydanla birlikdə Amerikaya səfər edib.Rəqqasə havalimanından fotoları şəxsi “İnstagram” hesabında paylaşıb.
Qaynarinfo.az xəbər verir ki, Fatimə rejissor Nail Naiboğlunun onun üçün çəkdiyi “Laçın” adlı klipini Amerikada təqdim etməyə gedib. Müğənnini bu uzun səfərdə həmkarı Rüfət Axundov da tək qoymayıb.
“ “Laçın” klipimi Amerikada da təqdim etmək üçün səfərə çıxdım. Düşünürəm ki, Nailin bu klipi ordakı həmyerlilərimiz tərəfindən də çox seviləcək.”
Rəvan Nasiroğlu
Qaynarinfo.az


