Xəbər lenti

Rəqqasə Oksana avtomobil qəzasına düşdü
Maqazin 14:59 27.11.2014

Rəqqasə Oksana avtomobil qəzasına düşdü

Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13.00 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib. Bu haqda o, özü jurnalistə zəng edərək məlumat verib. 

Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: “Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana jurnalistlə yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin: “Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsa çox narahat olacaqlar”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan "Maharakshak Aryan" serialında rol alıb. Serial "India`s Best Cine Stars Ki Khoj" layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdanki arzusu oluduğunu da bildirib:  "Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->