Xəbər lenti

Rəqsanənin həyatında ağır itki: "Bir dərd məni üstələdi"
Maqazin10:21 22.02.2016

Rəqsanənin həyatında ağır itki: "Bir dərd məni üstələdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Rəqsanə İsmayılova ağır günlər yaşayır. Qaynar.info teleqraf.com-a istinadən bildirir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb: 
"Məni sevənlər, dəyər verdiyim əzizlərim! Bu aralar çəkə bilmədiyim bir dərd məni üstələdi. Elə şeylər var ki, yaza bilmirəm, amma ürəyim doludur. Bir itki yaşadım. Yazmaq çox çətindir. Artıq 10 gün keçir, ayağa durmalıyam. Baş verən hadisə ilə barışmalıyam. Allah heç kimə acı dərd verməsin. Vaxtı gələndə bu acı dərdi sizinlə paylaşacam. Amma indi hazır deyiləm".
Qaynar.info