Müğənni Rəqsanə İsmayılova ailəsi ilə birlikdə gözlərdən uzaq bir həyat yaşasa da, zaman-zaman sosial media hesabında etdiyi paylaşımlarla gündəmə gəlir. Müğənni ilə yanaşı, modelyerlik sahəsində özünü sınamağa çalışan qızı Aysun İsmayılovanın da şəxsi həyatı tez-tez maqazin gündəminin manşetlərini bəzəyir.
Qaynarinfo.Az primetime.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl türkiyəli Ali Tanrıkulu ilə sevgi münasibətlərinə başlayan və nişanlanan Aysun yanvar ayında ayrılıb. Ayrılığa səbəbin nə olduğu göstərilməsə də, sosial şəbəkədə sevgililərin bir-birini izləmədən çıxartması və etdiyi paylaşımlarda söz atması diqqətdən yayınmayıb. Digər tərəfdən diqqət çəkən məqam isə Rəqsanə və eks-kürəkəninin hələ də, qarşılıqlı olaraq bir-birini izləməsidir.
Qaynarinfo.Az