Xəbər lenti

Rəşad Sadıqova köməkçi təyin olundu
Ölkə19:38 06.03.2025

Rəşad Sadıqova köməkçi təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb. 

Qafqazinfo xəbər verir ki, bundan sonra Ağabala Ramazanov Rəşad Sadıqovun çalışdırdığı əsas komandanın məşqçilər korpusunda yer alacaq. 

Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi "Zirə” PFK-nın akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında "Zirə” PFK-da çıxış edib və komandanın kapitanı olub.