Xəbər lenti

Rəşad Sadıqovdan sevindirici xəbər
Ölkə07:00 04.10.2013

Rəşad Sadıqovdan sevindirici xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsini sağaldıb.

Azerisport.az xəbər verir ki, millimizin lideri böyük ehtimalla Topaz Premyer Liqasının 9-cu turunda qarşılaşacaqları "Bakı” ilə oyunda forma geyə biləcək.
 
Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib: "O, ümumi hazırlıqlarda iştirak edir. İndi özünü daha yaxşı hiss edir. Onun meydana çıxmaq ehtimalı yüksəkdi. Rəşadın oynayıb-oynamayacağına oyun günü aydınlıq gələcək”.

Qeyd edək ki, "Qarabağ” – "Bakı” görüşü bu gün baş tutacaq.

Qaynar.info