Xəbər lenti

Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab
Siyasət09:01 25.01.2023

Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə öz "Twitter" hesabında yazıb.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobil ABŞ Dövlət Departamentinin yanvarın 24-də dediklərinin əksini sübut edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı blokadanı açmağa çağırmışdı.