Xəbər lenti

Rəsmi Kiyevdən ağır ittiham: Macarıstandan Ukraynaya ərazi iddiası
Dünya05:41 03.05.2022

Rəsmi Kiyevdən ağır ittiham: Macarıstandan Ukraynaya ərazi iddiası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan Rusiya tərəfindən Ukraynaya hücumla bağlı əvvəlcədən xəbərdar edilib.
Qaynarinfo "İnterfax Ukraina”ya istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bazar ertəsi telemarafonun efirində bildirib.
"Rusiya ilə əməkdaşlıq etdiyini açıq şəkildə bəyan edən Macarıstan. Üstəlik, ölkəmizə hücum olacağı barədə Putin tərəfindən əvvəlcədən xəbərdar edilib”, - deyə o, Ukraynanın NATO-ya üzv ola biləcəyi və Macarıstanın bu prosesə mümkün təsiri ilə bağlı sualı cavablandırıb.
"Nədənsə Ukrayna ərazisinin bir hissəsini ala biləcəyinə inanırdı. Özünü belə aparan ölkə… Görək bu müharibədən sonra bu ölkə üçün hansı nəticələr olacaq”, - deyə o bildirib.
Nizami Bağırov