Xəbər lenti

Respublika Yanıq Mərkəzinin müdiri işdən çıxdı
Ölkə12:18 21.10.2014

Respublika Yanıq Mərkəzinin müdiri işdən çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mən baş verən rəzilliyə dözmədim və istefa ərizəmi yazdım.

Bu sözləri Modern.az saytına açıqlamasında Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərov bildirib.

Vüqar Ələkbərov deyib ki, mərkəzdə özbaşınalıq idi: 

“Hətta xəstələrə aid çamaşırları öz hesabıma yuduzdururdum. Belə bir yerdə adımın ləkələnməməsi üçün istefa ərizəmi yazdım”.

Hazırda Plastik Cərrahiyə Mərkəzinə müdir təyin olunan həkim, həm də özəl klinikların birində çalışdığını söyləyib.

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb:

“O, müdir kimi işini bacarmayıb, vəzifəsindən çıxarılaraq fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək. Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur”.

Respublika Yanıq Mərkəzinə isə Şöhrət Məmmədov müdir təyin olunub.

ANN.Az