
İyulun 31-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı hökmü dəyişdirib.
Rəsul Cəfərov vergi borcunu ödədiyi üçün işindəki vergidən yayınma ilə bağlı ittihama xitam verilib. 6 il 6 aylıq cəzası 6 il 3 aya endirilib.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.
Qaynar.info