Xəbər lenti

Rəsul Cəfərovun həbsinə beynəlxalq reaksiya
Siyasət07:30 17.04.2015

Rəsul Cəfərovun həbsinə beynəlxalq reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Departamenti: "Rəsul Cəfərova hökm demokratik inkişafın geriləməsidir"

“Biz tanınmış insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf aprelin 16-da bildirib.

“İnsan Haqları Klubunun təsisçisi və sədri olan Cəfərovun ötən ilin avqustunda həbsi insan haqları fəallarına geniş təzyiqlərin bir hissəsi idi. Onun məhkum edilməsi Azərbaycanın demokratik inkişafında bir daha geriləməni göstərir. Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaşlarının hüquqlarına hörmət göstərməyə çağırırıq. İlk addım kimi cənab Cəfərovu və fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Bu, ölkənin uzun müddətli sabitliyini və ikitərəfli münasibətimizi gücləndirər”.

Aprelin 16-da məhkəmə Rəsul Cəfərovu qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və saxtakarlıqda təqsirli bilərək barəsində hökm çıxarıb.

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı da ictimai fəal Rəsul Cəfərovun 6 il yarım həbs cəzası almasını pisləyən bəyanat yayıb. 

Aprelin 16-da məhkəmə Rəsul Cəfərovu qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və saxtakarlıqda təqsirli bilərək barəsində hökm çıxarıb.

Human Rights Watch bildirir ki, bu hökm hökumətin müstəqil səslərə amansız təzyiqinin göstəricisidir. “Hakimiyyət dərhal Cəfərovu azad etməli və ona qarşı siyasi motivli hökmü ləğv etməlidir. Hakimiyyət həmçinin ölkədə insan haqları icmasının təqibini dayandırmalı və insan haqları qruplarının azad hərəkətinə imkan verməlidir”.

“Rəsul Cəfərova qarşı məhkəmə hökmü dəhşətli ədalətsizlik hərəkətidir,” Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib. “Cəfərov Azərbaycanda siyasi motivli təqiblərin ən nüfuzlu və açıq tənqidçisi idi, indi isə özü bu təqibin qurbanına çevrildi. Şübhə yoxdur ki, Cəfərova qarşı hökm hökumətin ölkədə tənqidi səslərin kökünü kəsmək cəhdlərinin bir hissəsidir”.

Beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty International» Rəsul Cəfərovu «vicdan məhbusu» kimi tanıyıb. 

Qaynar.info