Xəbər lenti

Rəy sorğusunun rəsmi nəticələri açıqlandı
Ölkə06:50 26.12.2017

Rəy sorğusunun rəsmi nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İctimai Rəy” Araşdırmalar Mərkəzi 2017-ci ilin yekunlarına dair rəy sorğusu keçirib.
Müxtəlif nominasiyalar üzrə respondentlərə paylanılan 2033 anketdən 38-ı qaytarılmayıb, 17-i isə etibarsız sayılıb. Sorğuda iştirak edənlərin 14%-ni iş adamları, 20%-ni tələbələr, 11%-ni fəhlələr, 6%-ni məmurlar, 49%-ni isə müxtəlif peşə sahibləri təşkil edib. Respondentlərin 53%-i kişilər, 47%-i isə qadınlar olub. 61%-i partiya üzvləri, 39%-i bitərəflər təşkil edən sorğuda 9% orta, 33% natamam ali, 58% ali təhsillilər iştirak edib. Beləliklə, 1978 sorğu anketinin nəticələri aşağıdakı kimi olub.
İlin dövlət adamı – Prezident  İlham Əliyev
İlin məmuru –  Dövlət Statistika Komitəsinin sədrı Tahir Budaqov
İlin elm xadimi akademik - Xoşbəxt Yusifzadə
İlin millət vəkilləri – Çingiz Qənizadə,  Malik Həsənov
İlin əyalət məmurları - Saatlı rayon İcra Hakimiyyətinin başsısı Siraqəddin Cabbarov, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov
"Zəhmət-Ruzi "MMC (Sabir Behbudov) ilin brendi nominasiyasına layiq gorülüb.