"Qarabağ" yeni transferini açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Zirə"də keçirən milli komandamızın üzvü Riçard Almeyda ilə 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 7 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Riçard Almeyda 2012-2019-cu illərdə də "Qarabağ"ın formasını geyinib. O, karyerası ərzində Ağdam təmsilçisindən başqa Braziliyanın "Santo Andre", Portuqaliyanın "Gil Visente", Qazaxıstanın "Astana" və Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klublarında çıxış edib. 2017-ci ildən milli komandamıza çağırılan braziliyalı 22 oyunda 3 qol vurub.
Səbuhi Həsənov