Yunanıstan "Olimpiakos"undan ayrılan kolumbiyalı ulduz Xames Rodrigesin yeni klubu müəyyənləşib.
Qaynarinfo-nun məçlumatına görə, futbolçu Braziliya klubu "Sao-Paulo" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klubdan verilən açıqlamada 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığı qeyd edilib.
Rodriges Avropada "Porto” (Portuqaliya), "Monako” (Fransa), "Real" (İspaniya), "Bavariya” (Almaniya), "Everton”da (İngiltərə) da forma geyinib.
Səbuhi Həsənov