Amerikada fəaliyyət göstərən “CC Heniks və Xora(s)san Taym Kourt Miraj” qrupunun dəvəti ilə Nyu-Yorka gedən Türkiyəli məscid mollası Əhməd Möhsün Tüzər Bruklin Rumda konsert verib.
“Axar.az” xəbər verir ki, bəstəkar Ketrin Krister Heniksin başçılıq etdiyi qrupla səhnəyə çıxan molla Azan başda olmaqla və Qurandan İxlas, Fatihə kimi müxtəlif surələr oxuyub.
Təxminən 100 qonağın iştirak etdiyi konsertdə başqa sənətçilər də öz mahnılarını ifa ediblər.
Açıqlama verən molla mediaya bunları deyib: “Bu həyatımdakı ən böyük lütflərdən biridir. Bu günə qədər Müqəddəs Doğum Həftəsi çərçivəsində ancaq məscidlərdə, müsəlmanlara xitab eləyərək dualar oxumuşam. Amma indi ilk dəfədir ki, ABŞ kimi ölkədə öz dəyərlərimizi, Quranımızı, Azanımızı bu konsert vasitəsi ilə dünyaya eşitdirməyə fürsət tapdım. Bunu Allahın bəxş etdiyi bir lütf kimi qiymətləndirirəm”.
Xatırladaq ki, Antaliyada bir məsciddə mollalıq edən Əhməd Möhsün məşhur türkiyəli müğənni Erkin Korayın keçmiş gitaristlərindən biri olan Doğan Sakit və İdris Tübcil ilə 2013-cü ilin may ayında “FiRok” qurupunu qurub. Qaynar.info