Xəbər lenti

Roma Papası hara, “Lamborghini” hara?
Dünya17:58 15.11.2017

Roma Papası hara, “Lamborghini” hara?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın "Lamborghini” şirkəti Roma Papasına "Huracan” markalı avtomobilinin unikal modelini təqdim edib.
RİA Novosti xəbər verir ki, daha əvvəl avtomobilin auksionda satılması, əldə olunan vəsaitin isə xeyriyyə məqsədi ilə xərclənəcəyi bildirilirdi.
Bu gün səhər saatlarında isə Papa Vatikanda "Lamborghini” şirkətinin rəhbərliyini qəbul edib və avtomobilin ön hissəsinə öz imzasını yazıb.
Məlumata görə, avtomobil "Sotheby`s” evində hərraca çıxarılacaq, əldə olunacaq gəlir isə xeyriyyə məqsədilə Fransiskə veriləcək.(virtualaz.org)
Qaynarinfo.Az