İdman 11:14 24.11.2022

"Roma" yeni transferini açıqladı

İtaliya A Seriyası nəhəngi "Roma” yeni transferini açıqlayıb.

Qaynarinfo-nun məlumaına görə klub Ola Solbakkenlə anlaşıb. Yanvarda "Bodo Qlimt"dən ayrılacaq Solbakken İtaliyayay yollanacaq. Onun "Roma" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. 

2021/2022 mövsümündə "Bodo Qlimt"in heyətində 25 oyun keçirən norveçli cinah oyunçusu bu matçlarda 8 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Zədə səbəbindən futbolçu bu mövsüm ölkə çempionatında forma geyinməsə də, Avropa Liqasında 5 oyunda meydanda olub. 

Səbuhi Həsənov