Xəbər lenti

Roman Qriqorçuk “Qəbələ”dən gedir? - AÇIQLAMA
İdman19:15 02.10.2016

Roman Qriqorçuk “Qəbələ”dən gedir? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandalarının baş məşqçisi Roman Qriqorçukun Kiyev “Dinamo”suna keçəcəyi ilə bağlı Ukrayna mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
Qaynarinfo.Az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında bunları deyib: “Bununla bağlı xəbərlər şayiədi, həqiqəti əks etdirmir”.
O deyib ki, şəxsən özü klubla Qriqorçuk arasında müqavilənin uzadılmasına tərəfdardır: “Amma bununla bağlı hələlik “Qəbələ”nin prezidenti ilə müzakirəmiz olmayıb”.
Qaynarinfo.Az