Məşhur braziliyalı futbolçu Ronaldinyo sabiq komandası "Barselona"nın durumuna menasibətini bildirib.
Qaynarinfo xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında Xavinin komandasının son həfələrdə göstərdiyi yüksək performansını dəyərləndirib. Ronaldinyo Kataloniya nəhənginin əvvəlki uğurlu günlərinə qayıda biləcəyini deyib və əzəli rəqibi "Real"a mesaj göndərib:
"Xavi futbolçu ikən komandaya məşqçi kimi baxırdı, oyunu idarə edirdi. Xavi, bizi əvvəlki "Barselona"nın oyununa baxmağa məcbur etməyə çalışır. O, əvvəlki dönəmlərimizdəki kimi komandanı yenidən zirvəyə apara bilər. "Barsa"nın yenidən yaxşı oynadığını görmək bizi həyəcanlandırır. "Real"dan 18 xal irəlidə olduğumuz dövrə qayıtmaq olar”.
Braziliyalı əfsanə özünü məşqçi kimi görmədiyini deyib: "Mən özümü heç vaxt məşqçi kimi təsəvvür etməmişəm. Bəlkə gələcəkdə daha səbirli bir insan olsam bu mümkündür. Futbolu tərk edən və ona fərqli baxışı olan biri kimi başqalarından mənim kimi düşünmələrini istəmək çox çətindir. Bunu etməyə səbrim çatmır”.
"Sambaçı" Messinin "Barselona"dan getməsini sürpriz adlandırıb: "Messinin "Barselona”dan ayrılması hər kəs üçün sürprizdir. Mən heç vaxt onu başqa formada görməyi xəyal etməmişdim, amma bunlar baş verdi. Mənim üçün ən vacibi odur ki, o xoşbəxtdirsə, harada olmasının heç bir əhəmiyyəti yoxdur. Vacib olan yeganə şey budur”.
Səbuhi Həsənov