Xəbər lenti

Ronaldo üçün ən uğurlu il
İdman10:11 24.12.2013

Ronaldo üçün ən uğurlu il

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo üçün bu il oyunçu karyerası ərzində ən uğurlusu olub.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı hücumçu həm ölkəsinin millisi, həm də klubunda ümumilikdə forma geydiyi 59 rəsmi matçda 68 qol vurub və 17 qol ötürməsi verib. İndiyə kimi o, əvvəlki illərdə bu qədər fərlənməyib.

Yanvar ayında veriləcək "Qızıl top" üçün ən əsas namizədlərdən olan portuqaliyalı hücumçu klub tarixindəki yerini də yaxşılaşıdırıb.  O, La Liqada 164 qol vururaraq "Real"da ən çox fərqlənən dördüncü oyunçu olub.

Qeyd edək ki, Ronaldo əsas rəqibi Lionel Messi isə bu il 45 qol vurub.

Qaynar.info