
Dünən 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsrail-Portuqaliya matçından sonra portuqaliyalı futbolçu Kristiano Ronaldo ibrətamiz addım atıb.
Qaynar.info-nun məlumatına görə, görüşdən sonra israilli futbolçu formasını çıxarıb Ronaldoya uzadıb, əvəzində isə onun formasını istəyib. Lakin Ronaldo İsrail bayrağı olan formanı geyinməyi qəbul etməyərək, rəqib futbolçunun təklifini qəbul etməyib.
Geyinmə otağında niyə israilli futbolçu ilə forma dəyişdirmədiyini soruşduqlarında Ronaldob: "Mən qatillərlə forma dəyişdirmirəm" cavab verib.
Qeyd edək ki, Ronaldo aldığı "qızıl buts" mükafatını sataraq, pulunu Fələstinə yollamışdı.
Qaynar.info