
"Real"ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Qaynar.info goal.az-a istinadən xəbər verir ki, bu, La Liqanın 32-ci turunda "Eibar"la qarşılaşmada fərqlənən portuqaliyalı ulduz La Liqada vurduğu qolların sayını 30-a yüksəldib. Bu göstərici ilə Ronaldo İspaniya çempionatı tarixində ardıcıl 6 mövsümdə 30 qol vuran ilk futbolçu olub.
Ronaldo hazırda ölkə çempionatında bombardirlər siyahısında liderlik edir.
Qaynar.info