Xəbər lenti

Ronaldodan yeni rekord
İdman13:54 11.10.2021

Ronaldodan yeni rekord

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya millisinin superulduzu Kriştiano Ronaldo yeni rekorda imza atıb. 
Qaynarinfo xəbər verir ki, Qətərlə keçirilən yoldaşlıq matçına ik "11-lik"də başlayan futbolçu 181-ci dəfə millinin formasını geyinib. Bununla o, ispan futbolçu Serxio Ramosun rekordunu üstələyib. Hücumçu bu baxımdan lider olub. 
Ronaldo bu mövsüm klub və millidə ümumilikdə 9 matçda 8 qola imza atıb. O, 2021-ci ildə Portuqaliya yığmasında 11 oyunda 10 qola müəlliflik edib. Millilərdə ən çox qol vurmuş futbolçu ünvanına sahib olan hücumçu Qatarla matçın 37-ci dəqiqəsində  fərqlənməklə, ümumilikdə qolların sayını 112-yə çatdırıb. 
Səbuhi Həsənov