Xəbər lenti

Ronaldodan yeni rekord
İdman06:28 10.02.2023

Ronaldodan yeni rekord

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanı klubu "Əl-Nəssr"in formasını geyinən Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Qaynarinfo-nun məlumatına görə, ölkə çempionatında baş tutan "Əl-Vehda" ilə qarşılaşan Ronaldonun komandası 4:0 hesablı qələbə qazanıb. Bütün qolları rəqib qapısından keçirən Ronaldo görüşdə pokerə imza atıb. Portuqaliyalı superulduzun bu görüşdə  vurduğu ilk qol karyerasında 500-cü olub. 
"Real"da 311, "Mançester Yunayted"də ümumilikdə 103, "Yuventus"da 81, "Sportinq"də 3, "Əl-Nassr"da isə 5 qola imza atan futbolçu, karyerası ərzində 61 het-trik edib. Hazırda onun aktivində 503 qol var.
Hücumçu "Əl-Nəsr”in formasında meydana çıxdığı 3 oyunda 5 dəfə fərqlənib. 
Səbuhi Həsənov