
Futbolçu PSJ-nin prezidenti ilə razılığa gəlib.
Portuqaliya yığmasının və Madridin “Real” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu ilə yollarını ayıra bilər. ANS PRESS-in məlumatına görə, futbolçu PSJ-nin prezidenti Nəsir Qənim Əl-Xəlaifi ilə razılığa gəlib. Bu barədə "El Mundo Deportivo" məlumat yayıb:
"Əl-Xəlaifinin planlarına görə, Kriştianu Ronaldu komandanı tərk edən Zlatan İbrahimoviçi əvəz etməlidir".
Ronaldu “Kral Klubu”nun prezidenti Florentino Peres ilə yeni müqavilə barədə danışacaq. Əgər portuqaliyalı ilə prezident anlaşa bilməsələr, Kriştianu PSJ-yə keçəcək. Lakin bu barədə ancaq "El Mundo Deportivo" yazıb. Digər məlumatlara görə, Ronaldu ilə Əl-Xəlaifi artıq bir neçə dəfə görüşüblər.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted" klubundan "Real"a keçidi üçün 83 milyon funt-sterlinq (185 milyon 920 min dollar - red.) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirib. "Real" ilə bağladığı müqaviləyə əsasən, ildə 12 milyon avro qazanan Ronaldu dünyanın ən çox qazanan futbolçularından biridir. Portuqaliyalı 3 dəfə "Qızıl Top"a sahib olub.
Qaynarinfo.az