
Madeyra adasının hava limanı ulduz futbolçunun adını daşıyacaq.
"Qaynarinfo.Az" apasport.az-a istinadən xəbər verir ki, söhbət Madrid "Real"ının və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldudan gedir.
Bu barədə Madeyra Regional Hökumətinin sədri Miqel Albukerke məlumat verib. O bildirib ki, Ronaldu Madeyranın şəhəri olan Funşalda anadan olduğundan bu addımı atmağa qərar verilib.
Qeyd edək ki, Kriştianu Ronaldu dünən doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelin açılışına qatılıb.
Qaynarinfo.Az