Xəbər lenti

Rüfət Əzizovdan yeni təyinat
Ölkə20:26 25.08.2026

Rüfət Əzizovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Əli Əlizadə “SABAH.city” mərkəzinin direktoru təyin edilib.

Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə doktoru olan Əli Əlizadə 2022-ci ildən ADNSU-da akademik və elmi fəaliyyət göstərir.

O, son təyinatadək universitetin Elm departamentinin direktoru vəzifəsində çalışıb.