Xəbər lenti

Rus general Azərbaycana qaçarkən yaxalandı
Dünya13:46 08.05.2014

Rus general Azərbaycana qaçarkən yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Baş İdarəsinin generalı Denis Suqrobov Azərbaycana qaçarkən yaxalanıb. 

 "Axar.az" xəbər verir ki, bu barədə informasiyanı "Komersant" qəzeti yazıb. 

 Qəzet generala qarşı əməliyyatın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirildiyini yazıb. D.Suqrobov cinayət qrupu yaratmaqda, rüşvət almaqda ittiham olunur. Onun Xəzər Dənizi sahillərinə gəldiyi, buradan isə Azərbaycana keçmək niyyətində olduğu bildirilib. 

Qeyd edək ki, Suqrobov ona məxsus idarənin 12 əməkdaşının cinayət əməlləri ifşa olunduqdan sonra istefaya göndərilmişdi.

Qaynar.info