Xəbər lenti

Rus oliqarx sərvətinin 99 faizini itirdi, məşhur klubu satışa çıxarır
İdman15:34 26.03.2022

Rus oliqarx sərvətinin 99 faizini itirdi, məşhur klubu satışa çıxarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Spartak" (Moskva) futbol klubunun sahibi Leonid Fedun sərvətinin 99 faizini itirib.
Qayanrinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, oliqarxın müflis olmasını Futbol Assosiasiyasının rəsmisi Vladimir Afanasyev təsdiqləyib. 
Moskva "Spartak"ının sahibi böyük ehtimalla klubu satışa çıxarmalı olacaq. 
Fedun Putinin Ukraynanı işğal etmək qərarına qarşı çıxan şəxslərdəndir. O, "Lukoyl" neft şirkətinin sahibidir və bir dəfə bəyanatında müharibəni dayandırmağa çağırıb.