Xəbər lenti

Rus qırıcıları Ermənistan səmasında
Dünya11:43 05.08.2014

Rus qırıcıları Ermənistan səmasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Cənub hərbi dairəsinin Ermənistanda yerləşən bazasında MiQ-29 qırıcılarının gecə uçuşları təlimlərinə başlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Cənub hərbi dairəsi açıqlama yayıb.

Təlimlərin keçirilməsində məqsəd gənc pilotların son dərəcə aşağıdan uçmaqla şərti rəqibin yerüstü hədəflərini dəqiq vurmaq, rəqibin hücumlarının qarşısını almaq kimi bacarıqlarını yoxlamaqdır. Təlimlərdə iştirak edən qırıcıların sayı açıqlanmır.

Qeyd edək ki, son vaxtlar Rusiya Cənub hərbi dairəsinin Ermənistanda yerləşən bazasında tez-tez müxtəlif təlimlər və kurslar keçirilir. Ötən həftə "Kamxud" yüksək dağ təlim-tədris kompleksində "taktiki snayper dueli" adlı xüsusi kurslar keçirilmişdi. Kurslarda snayperlərdə hədəfi dəqiq vurma qaydaları öyərdilirdi.

Qaynar.info